"İŞİD" talibləri pusquya salıb, ölənlər var

 "İŞİD" talibləri pusquya salıb, ölənlər var
  30 Sentyabr 2021    Oxunub:1461
“İŞİD” terrorçuları Əfqanıstanın Pakistanla həmsərhəd olan Zabul əyalətində “Taliban”ın 17-dən çox üzvünü öldürüblər.
Azvision.az xəbər verir ki, bu barədə “Kabul News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, “İŞİD” yaraqlıları talibləri pusquya salıb. Qarşıdurma zamanı onlar üç silahlısını itirib.

Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” “İŞİD” əleyhinə əməliyyata başladığını elan edib. Terrorçularla mübarizə Nanqarharda başlayıb. Son vaxtlar bu əyalətdə "Taliban"la rəqabət aparan yaraqlıların fəallığı artıb. Məsələn, "İŞİD" üzvləri bir neçə dəfə Cəlalabadda taliblərin maşınlarını partlatmağa çalışıblar. Bundan əlavə, avqustun sonunda Kabil hava limanında bir sıra terror aktları təşkil ediblər.

"Taliban" liderləri dəfələrlə Əfqanıstanda "İŞİD"in mövcudluğuna icazə verməyəcəklərini vurğulayıblar. Daha əvvəl isə Cəlalabadda terrorçularla əlaqəsi olan təxminən 40 nəfəri saxlanılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Talibam   İŞİD  





Xəbər lenti