"Həmsədrlərin səfəri liderlərin görüşünə əlverişli şərait yaradacaq" - Rusiya XİN

   "Həmsədrlərin səfəri liderlərin görüşünə əlverişli şərait yaradacaq" -    Rusiya XİN
  30 Sentyabr 2021    Oxunub:1482
"Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək ciddi hazırlıq tələb edir”.
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Zaytsev brifinqdə deyib.

“Rusiya problemli məsələlərin həllində ali və yüksək səviyyədə müntəzəm dialoqun hər zaman qarşılıqlı anlaşmaya və konstruktiv atmosferin dəstəklənməsinə kömək etdiyi qənaətindədir. Məhz Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə intensiv təmasları sayəsində Qarabağda qan tökülməsi dayandırılıb və üçtərəfli bəyanatı imzalamağa nail olunub. Bu cür yüksək səviyyəli görüşləri təşkil etmək ciddi hazırlıq tələb edir. Minsk Qrupu həmsədrlərinin regiona səfəri bu görüş üçün əlverişli şəraitin yaradılmasına kömək edəcək”, - XİN nümayəndəsi vurğulayıb.

O, həmsədlərin regiona səfərlərinin tarixi barədə hələlik məlumatln olmadığını vurğulayb.

Azvision.az



Teqlər: Rusiya   Azərbaycan   Ermənistan  





Xəbər lenti