Fuad Nağıyev: "Bəzi otellər istədikləri ulduzu ala bilməyəcək"

  30 Sentyabr 2021    Oxunub :325
      Fuad Nağıyev:    "Bəzi otellər istədikləri ulduzu ala bilməyəcək"
"Bir sıra otellər iddia etdikləri ulduzu ala bilməyəcək. Çünki onların təqdim etdiyi xidmətlər bu kateqoriyaya uyğun gəlmir"

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, həmin otellərdə xidmətin səviyyəsi aşağıdır:

"Ulduzlaşma ilə turistlərin gözləntiləri daha dəqiq olacaq və narazılıqlar aradan qalxacaq. Həmçinin, bu, otellərə özlərini düzgün təqdim etmək imkanı verəcək. İnanırıq ki, tezliklə Qarabağda da yeni otellər açılacaq və onların ulduzlaşması təmin ediləcək".

Aytən Zəhra
Azvision.az

Teqlər: Ulduz  







Xəbər lenti