Azərbaycan hərbçisi Zəngilanda minaya düşdü

  30 Sentyabr 2021    Oxunub :443
   Azərbaycan hərbçisi Zəngilanda minaya düşdü
Sentyabr ayının 30-da saat 15:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nəzərxanlı Elgün Elxan oğlu Zəngilan rayonu ərazisində xidmət apardığı sərhəd döyüş məntəqəsinə hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Bu barədə Azvision.az -a DSX-dən məlumat verilib.

İlkin tibbi yardım göstərildikdən sonra hərbi qulluqçu helikopterlə Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala təxliyə edilmişdir, həkimlərin tam nəzarəti altındadır.

Azvision.az

Teqlər: Mina  







Xəbər lenti