Mahir Emreli "Lester"ə qol vurdu

Mahir Emreli "Lester"ə qol vurdu
  30 Sentyabr 2021    Oxunub:1370
Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" bu gün Avropa Liqasında növbəti oyununa çıxıb.
Azvision.az xəbər verir ki, Varşava təmsilçisi C qrupunun 2-ci turunda doğma meydanda İngiltərə "Lester"ini qəbul edir. 24 yaşlı hücumçunun start heyətdə yer alıb. Mahir görüşün 31-ci dəqiqəsində hesabı açıb.

Qeyd edək ki, ilk turda Moskva "Spartak"ını 1:0 hesabı ilə məğlub edən "Legiya" hazırda C qrupunda liderdir.

Azvision.az



Teqlər:





Xəbər lenti