Yevlaxın sabiq icra başçısı həbs edildi

   Yevlaxın sabiq icra başçısı həbs edildi
  30 Sentyabr 2021    Oxunub:1360
Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Azvision.az xəbər verir ki, sabiq icra başçısı Şəki Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Məhkəmənin hökmü ilə Q. Səmədov 7 il 3 ay azadlıqdan məhrum edilib.
Q. Səmədov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Qoca Səmədov səhhətində yaranan problemlə bağlı azadlığa buraxılmış və ağır ürək əməliyyatı keçirmişdi. Məhkəmənin qərarı ilə onun barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilərək azadlığa buraxılmışdı.
2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Bir müddət öncə onun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib,barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

Azvision.az



Teqlər: Məhkəmə  





Xəbər lenti