Türkiyədə koronavirusdan daha 216 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 216 nəfər ölüb
  30 Sentyabr 2021    Oxunub:619
Türkiyədə son sutkada yeni növ koronavirusdan 216 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 357 853 nəfər test edilib, onların 29 104-nün koronavirus testi pozitiv nəticə verib, 32 119 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 109 495 613 peyvənd tətbiq edilib ki, bunun da 88,74 faizi birinci mərhələ vaksinasiya olunanlardır.

Azvision.az



Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti