Xanlar Vəliyev: "Cinayət törədən ermənilərin cəzalandırılmaları üçün tədbirlər görülür"

      Xanlar Vəliyev:    "Cinayət törədən ermənilərin cəzalandırılmaları üçün tədbirlər görülür"
  01 Oktyabr 2021    Oxunub:728
"Koryun Qumaşyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürmə), 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa veril­ib".
Azvision.az xəbər verir ki, bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

"Onu da qeyd etmək lazımdır ki, erməni hərbi birləşmələrinin törətdikləri təxribat faktlarına, hərbçilərimizi və dinc sakinlərimizi öldürmələrinə və ya onların sağlamlıqlarına müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələrinə və digər cinayət əməllərinə görə başlan­mış cinayət işləri üzrə işğalçı ölkənin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə bütün zəruri və insti­tusional tədbirlər həyata keçirilir", - Hərbi prokuror vurğulayıb.

Azvision.az



Teqlər: Hərbi-cinayət  





Xəbər lenti