Ruslar NATO-nu arxa cəbhədən izləyirmiş: Britaniya sahillərində casus aparat aşkarlanıb

      Ruslar NATO-nu arxa cəbhədən izləyirmiş:   Britaniya sahillərində casus aparat aşkarlanıb
  01 Oktyabr 2021    Oxunub:1559
Böyük Britaniyanın dəniz sularında Rusiya Hərbi Dəniz Aviasiyasına məxsus xüsusi aparat aşkarlanıb. Radiohidroakustik cihaz olan "RQB-1A" İrlandiyanın Yunionxol kəndindən 80 kilometr aralıda tapılıb.
Azvision.az xəbər verir ki, hərbi təyinatlı aparat Kelt dənizində balıqçı toruna düşüb. Bir sıra Rusiya KİV -ləri, hərbi saytlar hələlik rəsmi şəkildə təsdiqlənməyən bu qalmaqallı məlumatlarla bağlı ehtimallarını irəli sürüblər. Saytlar dənizdən tapılan məlum casus aparatın Rusiya təyyarələri tərəfindən Böyük Britaniyanın sahillərinə atılan onlarla cihazdan yalnız biri olduğunu yazırlar. Bildirilir ki, indi Rusiya NATO hərbi qüvvələrinin davranışlarını praktiki olaraq onların arxa cəbhələrində inamla izləməyə başlayıb. Bu isə ondan xəbər verir ki, Rusiya NATO -dan gələn hər hansı bir təhdiddən, gizli planlardan tam xəbərdar olur.



Qeyd edək ki, aviasiya cihazı olan "RQB-1A" adlı radiohidroakustik aparat sualtı qayıqların hərəkətsiz şəkildə qaldıqları yerdən səs-küyə əsasən təsbit edilməsi və ümumilikdə yaxın radiusda hər hansı bir sualtı gəminin olmasını müəyyənləşdirir. "RQB-1A" təyinatı üzrə dəniz sularına hər hansı bir təyyarədən, helikopterdən və ya gəmidən atıla bilir. O suya buraxıldıqdan müəyyən bir müddət sonra avtomatik olaraq aktiv vəziyyətə gətirilir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya   NATO  





Xəbər lenti