İtkin düşən daha bir hərbçimizin meyiti tapılıb

 İtkin düşən daha bir hərbçimizin meyiti tapılıb
  01 Oktyabr 2021    Oxunub:1205
"Həm Birinci Qarabağ müharibəsində, həm də İkinci Qarabağ müharibəsində itkin düşən şəhidlərimiz var".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

"Birinci Qarabağ müharibəsində 4 min, İkici Qarabağ müharibəsində isə 7 nəfər şəxs itkin düşüb. Son günlər müharibənin baş verdiyi ərazilərdən daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir, DNT analizləri götürülür. Çox güman ki, itkin düşənlərin sayı 6-ya düşəcək. Bununla bağlı bizim aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir", - o vurğulayıb.

Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti