Ermənistanın Baş qərargah rəisinə ittiham irəli sürülə bilər - KİV

   Ermənistanın Baş qərargah rəisinə ittiham irəli sürülə bilər -    KİV
  01 Oktyabr 2021    Oxunub:1197
Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan keçmiş müdafiə naziri David Tonoyanın işi üzrə dindiriləcək və ona da ittiham irəli sürüləcəyi istisna deyil.
Azvision.az xəbər verir ki, bu barədə "Joxovurd” nəşri yazıb.

Xatırladaq ki, sentyabrın 30 -da Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş müdafiə naziri David Tonoyanın külli miqdarda mənimsəmə şübhəsi ilə həbs olunduğunu açıqlayıb. David Qalstyan (daha çox "Patron David" kimi tanınır) da onunla birlikdə saxlanılıb.

Tonoyan və Qalstyan 2,3 milyard dram (təxminən 4,7 milyon dollar) mənimsəməkdə, ictimai təhlükəli hərəkətlər etməkdə və saxtakarlıqda şübhəli bilinirlər. İş adamı həm də Müdafiə Nazirliyinə köhnə və yararsız mərmilər tədarük etməkdə ittiham olunur. Məlumata görə, “Patron Davo”nun şirkəti nazirliyə 1983-1986-cı illərdə istehsal olunan topların yerinə 1977-ci ildə Çexiyada istehsal olunan eyni təyinatlı hərbi texnika satıb.

“Silah baronu” sayılan D.Qalstyan dövlətə 523 milyon dram (1,08 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər:





Xəbər lenti