Rusiya Talibana qalan cəbbəxananın dəyərini açıqladı: 85 milyard dollar!

   Rusiya Talibana qalan cəbbəxananın dəyərini açıqladı:   85 milyard dollar!
  01 Oktyabr 2021    Oxunub:1055
ABŞ ordusunun Əfqanıstanda atıb getdiyi silah-sursat hələ də dünya gündəmindədir. Qərb mediası NATO ölkələrində silahlanmada istifadə olunan bu müasir hərbi avadanlıq və sursatların dəyərini fərqli şəkildə qiymətləndirir.
Azvision.az xəbər verir ki, bu gün isə Rusiya Hərbi Texniki Əməkdaşlıq Federal Xidmətinin (FSBTC) direktoru Dmitri Şuqayev Əfqanıstanda bruaxılan ABŞ cəbbəxanasının dəyəri barədə maraqlı açıqlama verib. O bildirib ki, Vaşinqton Əfqanıstandan hərbi kontingentini çıxardıqdan sonra tərk etdiyi silah və hərbi texnikanın miqdarı sadəcə dəhşət doğurur.

ABŞ-ın "Taliban"a ötürdüyü cəbbəxana: Bu silahlar kimə qarşı işlədiləcək?
Hazırda Talibanın əlinə keçən həmin silah-sursat və avadanlıqların ümumi dəyəri təxminən 85 milyard dollar dəyərindədir.

- Açıq deyəcəyəm. Rəqəmlər 85 milyardı göstərir. Bu isə sadəcə qorxuncdur... Statistikanı təsəvvür edin- 22 min zirehli maşın, 358 min avtomat, 176 top, 8 min yük maşını, nəqliyyat təyyarəsi, yüzdən çox helikopter.



Amerika ordusunun Əfqanıstandan daha çox qaçışla müqayisə oluna biləcək təcili çıxışından danışan Şuqayev qeyd edib ki, hadisələrin inkişafının pis variantını fikirləşmək çətindir. Lakin onun fikrincə, bugünkü durum əvvəlcədən gözlənilən idi və növbəti dəfə dünya ictimaiyyətinə amerikalı tərəfdaşların “etibarı” göstərildi.

Tural Tağıyev
Azvision.az



Teqlər:   ABŞ   Əfqanıstan   Silah   Rusiya  





Xəbər lenti