"Sizə ümid edirəm " - Saakaşvili ölkə vətəndaşlarına müraciət edib

   "Sizə ümid edirəm " -    Saakaşvili ölkə vətəndaşlarına müraciət edib
  01 Oktyabr 2021    Oxunub:1231
Bu gün səhər vətəninə döndüyünü açıqlayan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkə sakinlərinə videomüraciət edib.
Azvision.az xəbər verir ki, Saakaşvili vətəndaşları Tbilisinin mərkəzindəki Azadlıq meydanına mitinqə çağırıb.

Keçmiş prezident özü Batumidə olduğunu söyləyib. "Vahid Milli Hərəkat" Partiyasındakı tərəfdaşları da onun vətənə qayıtdığını təsdiqləyiblər.

"Burada mənim Batumi Amerika Texnologiya Universitetim olmalı idi, dağıdılıb ... Və bu gün burda yalnız ruslar üçün evlər tikirlər ... Bu yerlər üçün çox darıxmışam. Bu gün xəyalım gerçəkləşdi. Lakin Gürcüstan ayaq üstə dayandıqda, arzum tam olaraq həyata keçəcək. İnsanlar Gürcüstandan qaçırlar ", - Saakaşvili deyib.

Əlavə edib ki, oktyabrın 2-də hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasını hakimiyyətdən uzaqlaşdırmaq üçün bütün vətəndaşlar seçkiyə getməlidir. Bu məqsədlə siyasətçi yaratdığı "Vahid Milli Hərəkat" Partiyasına və ya "nisbətən vicdanlı partiyalara" səs verməyə çağırıb.

Seçkilərin ikinci günü Saakaşvili vətəndaşları genişmiqyaslı mitinq keçirmək üçün Tblisinin mərkəzindəki Azadlıq meydanına toplaşmağa çağırıb: "Sizə ümid edirəm. Görürsünüz, bura gəlmək üçün hər şeyi riskə atdım - həyatımı, azadlığımı. Sizdən yalnız bir şeyi, seçkiyə gəlməyinizi istəyirəm. Qorxmayın, təslim olmayın. Bizdə hər şey alınacaq”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Mixail-Saakaşvili   Gürcüstan  





Xəbər lenti