"Hər il bir neçə yüz tələbə xaricdə təhsil alacaq" - Nazir

   "Hər il bir neçə yüz tələbə xaricdə təhsil alacaq" -    Nazir
  01 Oktyabr 2021    Oxunub:1439
Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində bi neçə min tələbə nüfuzlu ali təhsil müəssisələrində təhsil alıb. Mən özüm də proqramın məzunu olaraq düşünürəm ki, xaricdə təhsil proqramı gənclərin həyatını yaxşıya doğru dəyişib.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışarkən deyib.
Nazir bildirib ki, sərəncama əsasən, iki ay ərzində proqramın hazırlanması tapşırılığı verilib:

“Bu müddət ərzində aidiyyəti qurumlarla müzakirələr aparılacaq. Güman edirəm ki, önümüzdəki həftələrdə proqram hazırlanaraq rəhbərliyə göndəriləcək. Yeni proqram müxtəlif prioritet sahələr üzrə gənclərin xarici ail təhsil müəssisələrinə göndərilməsi nəzərdə tutulur. Hər il bir neçə yüz gənc təhsil üçün göndəriləcək. Yeni proqramda ixtisas sahəsi üzrə yüksək reytinqə sahib olan ixtisasları, proqramları müəyyən edəcəyik”.

Aytən Zəhra
Azvision.az




Teqlər: Xaricdə-təhsil  





Xəbər lenti