"Bacarıqlı insanlar zəruri hesab edilən sahələr üzrə göndəriləcək" - Emin Əmrullayev

   "Bacarıqlı insanlar zəruri hesab edilən sahələr üzrə göndəriləcək" -    Emin Əmrullayev
  01 Oktyabr 2021    Oxunub:1127
"Xaricdə təhsil üzrə hazırlanacaq yeni Dövlət Proqramında seçim şərtləri və seçim prosesi şəffaf keçiriləcək ki, bacarıqlı insanlar zəruri hesab edilən sahələr üzrə göndərilsin”
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” imzaladığı sərəncamla bağlı danışarkən deyib. Onun sözlərinə görə, xaricdə təhsil üçün ölkənin və dünyanın inkişafına uyğun sahələr seçiləcək:

“Müzakirələr zamanı yeni sahələr də prioritetləşdirilə bilər. Birmənəlı olaraq texniki, texnoloji, mühəndislik, İT, kibertəhlükəsizlik, fundamental elmlər, iqtisadiyyat, maliyyə, dövlət idarəçiliyi, hərbi sənayenin, kənd təsərrüfatının texnoloji inkişafı ilə bağlı sahələr üzrə tələbələrin xaricdə oxuması ilkin siyahıda nəzərdə tutulur. Proses zamanı digər sahələrin də prioritetləşdirilməsi gözlənilir. Bütün sahələr üzrə deyil, bəzi sahələr hədəflər müəyyən ediləcək. Əsasən bizdə kadr hazırlığı aparılmayan və ölkənin inkişafı üçün vacib olacaq sahələr əsas götürüləcək”.

Nazir qeyd edib ki, yeni proqram hazırlanarkən xaricə oxumaq üçün gedən şəxslərin geri qayıtması ilə bağlı nüanslar da nəzərə alınacaq:
“Hökumət vətəndaşlar üçün belə imkan yaradırsa, həmin şəxslərin Azərbaycanın inkişafına töhfə vermələri də vacib məsələdi. Bir neçə seçim meyarları arasından ən uyğununun seçilməsi üzərində düşünülür. Universitetlər və ya ayrı-ayrı komissiya tərəfindən seçim edilə bilər. İstənilən halda seçim prosesinin şəffaf, çoxtərəfli olmasının tərəfdarıyıq. Proqram ildə təxminən 300-400 nəfərin xaricə göndərilməsi nəzərdə tutulur”.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti