Zığ–Hövsan yolu yenidən qurulacaq

   Zığ–Hövsan yolu yenidən qurulacaq
  01 Oktyabr 2021    Oxunub:806
Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Azvision.az -ın xəbərinə görə, sərəncamla əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 4,9 milyon (dörd milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azvision.az



Teqlər: Yol   Təmir  





Xəbər lenti