Lənkəran Rayon İcra Hakimiyyətində oğurluq edilib

  01 Oktyabr 2021    Oxunub :342
Lənkəran Rayon İcra Hakimiyyətində oğurluq edilib
Lənkəran rayonunda oğurluq hadisəsi olub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir sexdən dril və laqunda, rayon İcra Hakimiyyətinin şəhər İşıqlandırma Müəssisəsinə məxsus anbardan 1100 manat dəyərində təmir-tikinti aləti, 100 metr kabel və 10 ədəd lampa oğurlamaqda şübhəli bilinən şəhər sakini N.Cəfərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: Oğurluq  







Xəbər lenti