"Saakaşvili Truskavetsdədir" - KİV
Bu gün səhər Saakaşvili “Facebook” vasitəsi artıq vətəndə olduğunu elan edib. “Vahid Milli Hərəkat” Partiyasındakı tərəfdaşları məlumatı təsdiqlədilər. Gürcüstan hakimiyyəti isə xəbəri təkzib edib.
"Ukrayna tərəfi ilə aktiv kommunikasiyamız və ünsiyyətimiz olub, əminliklə deyə bilərəm ki, Mixail Saakaşvili Ukrayna sərhədlərini keçməyib”, - Daraxvelidze deyib.
Gürcüstanın "İmedi" telekanalı isə Saakaşvilinin dörd gündür Ukraynanın Truskavets şəhərində olduğunu açıqlayıb: "Saakaşvili sentyabrın 24 -də Amsterdamdan Ukraynaya gedib, bundan sonra Ukrayna ərazisini tərk etməyib. Əldə etdiyimiz məlumata görə, son dörd gündür ki, Ukraynanın Truskavets şəhərindədir".
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Mixail-Saakaşvili