"Qarşıdakı həftələrdə Azərbaycana səfər edəcəyəm" - Ərdoğan

  01 Oktyabr 2021    Oxunub :302
   "Qarşıdakı həftələrdə Azərbaycana səfər edəcəyəm" -    Ərdoğan
“Qarşıdakı həftələrdə yenə Azərbaycanda olacağıq”.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisində çıxışı zamanı deyib.

“Azərbaycanın ötən il 44 gün davam edən çətin mübarizəsi Zəfərlə nəticələndi. 30 il işğal altında olan torpaqlar, Qarabağ azadlığına qovuşdu. Biz də Bakı və Şuşanı ziyarət edərək azərbaycanlı qardaşlarımızın sevincinə ortaq olduq. İnşallah, qarşıdakı həftələrdə azərbaycanlı qardaşlarımızla yenə bir araya gələcəyik”, - Ərdoğan vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Azərbaycan   Türkiyə  







Xəbər lenti