Lavrov erməni həmkarı ilə mina xəritələrinin Azərbaycana verilməsini müzakirə edib

   Lavrov erməni həmkarı ilə mina xəritələrinin Azərbaycana verilməsini müzakirə edib
  01 Oktyabr 2021    Oxunub:1211
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli gündəliyin aktual məsələləri, o cümlədən yüksək səviyyəli görüşlərin keçirilməsi, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə olunan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların reallaşması müzakirə olunub.

Nazilər mina xəritələrinin təqdim olunması və mədəni irs abidələrinin qorunması kimi aktual humanitar problemlərin ardıcıl həllininin vacibliyini vurğulayıblar.

Azvision.az


Teqlər: Mina   Rusiya  





Xəbər lenti