Gürcüstan səfiri Ukrayna XİN-ə çağırılıb

Gürcüstan səfiri Ukrayna XİN-ə çağırılıb
  01 Oktyabr 2021    Oxunub:562
Gürcüstan səfiri eks-prezident Mixail Saakaşvilinin saxlanılma səbəbi ilə bağlı rəsmi informasiya almaq üçün Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat xidmətinin rəhbəri Oleq Nikolenko bildirib.

“KİV-də Ukrayna vətəndaşı Saakaşvilinin saxlanılması ilə bağlı rəsmi informasiyadan sonra Gürcüstan səfiri tutulmanın əsasları və şərtləri ilə bağlı rəsmi məlumat almaq üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, - deyə Nikolenko qeyd edib.

Azvision.az



Teqlər:





Xəbər lenti