"Saakaşvili ölkəyə çevriliş etmək üçün gəldi" - Hakim partiya

   "Saakaşvili ölkəyə çevriliş etmək üçün gəldi" -    Hakim partiya
  02 Oktyabr 2021    Oxunub:1496
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dövlət çevrilişi etmək, habelə iğtişaşlar yaratmaq üçün ölkəyə gəlib.
Azvision.az xəbər verir ki, bu barədə hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının rəhbəri, parlamentin keçmiş spikeri İrakli Kobaxidze jurnalistlərə deyib.

“Saakaşvili çevriliş etmək və ölkədə iğtişaşlar törətmək üçün Gürcüstana gəlib. Hüquq -mühafizə orqanları onun yeni cinayətinin qarşısını almaq üçün bütün tədbirləri gördülər", - siyasətçi bildirib.

Kobaxidze əlavə edib ki, keçmiş prezidentin saxlanılması və həbsxanaya göndərilməsi ilə bağlı prosedurlar mövcud hüquqi normalarına uyğun olacaq: “Mixeil Saakaşviliyə qarşı hər bir prosedur bütün hüquqi normalara uyğun aparılacaq".

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Gürcüstan   Mixail-Saakaşvili  





Xəbər lenti