Saakaşvili həbsxanadan müraciət yaydı

  02 Oktyabr 2021    Oxunub :365
   Saakaşvili həbsxanadan müraciət yaydı
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili tərəfdarlarını heç nədən qorxmamağa və sona qədər getməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə onun 12 saylı Rustavi cəzaçəkmə müəssisəsindən yazdığı məktubda vurğulanıb.

Saakaşvili çıxarılan hökmləri "Putinin əmri" adlandırıb və Rusiyadan başqa heç bir ölkənin onları tanımadığına əmin edib.

"Əziz silahdaşlarım və gürcü cəmiyyəti, hər şeyi Kiyevdə qoyub bura gələndə bilirdim ki, böyük ehtimalla tamamilə uydurma, yalan ittihamlarla tutulacağam, amma yenə də gəldim, çünki mən öz ölkəmə və hər birinizə inanıram! " - Saakaşvili yazıb.

Eks-prezident silahdaşlarını seçkilərə gəlməyə çağırıb, qələbənin hər birinin əlində olduğunu bildirib: "Sizdən xahiş edirəm, bir səs belə itirməmək üçün seçkiyə gedin, sonra hamınız birlikdə referendumun nəticələrini müdafiə edin. Mənim azadlığım və min qat daha vacib olan Gürcüstanın azadlığı sizin fəaliyyətinizdən və mübarizliyinizdən asılı olacaq. Beynəlxalq dəstək də bundan asılıdır. Qorxmayın və zəfərimizin öz əlimizdə olduğuna sona qədər inanın".

Hazırda Ukrayna vətəndaşı olan M.Saakaşvili bankir Sandro Qirqvlianin öldürülməsi və deputat Valeri Qelaşvilinin döyülməsi işində qiyabi məhkum edilib. O, bu işlər görə 9 il həbs cəzası alıb. Bundan əlavə, Saakaşvili 7 noyabr 2007-ci ildə müxalifətin mitinqinin dağıdılması, “İmedi” telekanalına hücum təşkil etməkdə, dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsində təqsirli bilinir ki, bu işlərə də məhkəmələr baxır, hələlik heç bir hökm verilməyib.

Saakaşvili dünən Tbilisinin rayonlarından birində saxlanılıb. O, şənbə günü keçiriləcək yerli idarəetmə seçkiləri ərəfəsində sərhədi qanunsuz keçərək Ukraynaya gəlib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Mixail-Saakaşvili   Müraciət  







Xəbər lenti