Tonoyan "ağzını tikdi": İstintaqçılar çıxılmaz vəziyyətə düşüb

  02 Oktyabr 2021    Oxunub :431
    Tonoyan "ağzını tikdi":  İstintaqçılar çıxılmaz vəziyyətə düşüb
Ermənistanın hüquq-mühafizə orqanları çətin duruma düşüblər. Milli Təhlükəsizlik Xidməti (MTX) və polis bir neçə gündür ölkədə başladılan qalmaqallı həbs dalğasının ardını gətirə bilmir. Azvision.az xəbər verir ki, "Joğovurd" nəşri bunun əsas səbəbini hazırda sorğu-sual edilən keçmiş müdafiə naziri David Tonoyanın "ağzını tikməsi"ndə görüb.
Qəzet eks-nazirin digər əlbir olduğu məmurları ələ vermədiyi üçün MTX-nin cinayətkar şəbəkənin başqa üzvlərini tapmaqda çətinlik çəkdiyini yazıb.
Ermənistanın Baş Qərargah rəisinin müavini saxlanılıb
- Bildiyiniz kimi keçmiş müdafiə naziri David Tonoyan və onun yaxın dostu, "Davo" ləqəbli David Qalstyanın saxlanılması bir sıra suallar doğurdu. Əldə etdiyimiz məlumata görə, keçmiş məmurların saxlanılmasına baxmayaraq, ibtidai istintaq orqanı özünü çıxılmaz vəziyyətə salıb. Məsələ burasındadır ki, eks-nazir Tonoyan ifadə verməkdən imtina edib. Bu isə MTX-nın cinayət işinin araşdırılmasını irəli daşımağa və məsul şəxslərin dairəsinə aydınlıq gətirməynə mane olur. MTX nəfəsini çəkib gözləyir ki, Tonoyan iki ay həbsdə qaldıqdan sonra ifadə verəcək.

Qeyd edək ki, "Joğovurd" qəzeti baş qərargah rəisi Artak Davtyanın da sorğuya çağırılacağını yazmışdı. Ehtimal ki, o da MTX tərəfindən başladılan cinayət işində ittiham olunacaq.

Xatırladaq ki, MTX -nın başlatdığı vəzifə səlahiyyətlərindən sui -istifadə və külli miqdarda mənimsəmə ilə bağlı cinayət işində hələlik 3 şəxsin adı hallanır. Keçmiş müdafiə naziri David Tonoyan, "Davo" ləqəbli Müdafiə Nazirliyinin silah tədarükçüsü olmuş David Qalstyan və Baş qərargah rəisinin müavini Stepan Qalstyana ağır iş kəsiləcəyi gözlənilir.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Tonoyan   Həbs   Ermənistan  







Xəbər lenti