Türkiyə ilə yaxşı əlaqələrimiz var - Misir XİN

Türkiyə ilə yaxşı əlaqələrimiz var -    Misir XİN
  02 Oktyabr 2021    Oxunub:875
Misirin xarici işlər naziri Samih Şükri ölkəsi ilə Türkiyə arasındakı əlaqələrin yaxşılaşdığını açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə nazir yerli kanala müsahibəsində deyib.

İki ölkənin Xarici İşlər nazirlikləri arasında danışıqların növbəti mərhələsi barədə danışan Şükri deyib ki, əlaqələrin inkişafına ümid edir.

O, məsləhətləşmələrinin ikinci turunda Misir-Türkiyə münasibətləri, regional problemlərin müzakirə edildiyini, qiymətləndirmə aparıldığını vurğulayıb.

Xatırladaq ki, məsləhətləşmələrinin ikinci turu 7-8 sentyabr tarixlərində Ankarada keçirilib.

Qahirə 2013-cü ildə Misirin mərhum prezidenti Məhəmməd Mursinin hakimiyyətdən devrilməsinə etiraz etdiyi üçün Türkiyədən öz səfirini geri çağırdı. Türkiyə ilə Misir arasında diplomatik əlaqələr həmin ildən etibarən müvəqqəti işlər vəkili səviyyəsində qarşılıqlı olaraq davam etdirilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Misir   Türkiyə  





Xəbər lenti