Baş nazir Saakaşvilinin həbsi barədə: "Tək olduğu vaxtı seçdik"

  Baş nazir Saakaşvilinin həbsi barədə:  "Tək olduğu vaxtı seçdik"
  02 Oktyabr 2021    Oxunub:1002
"Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş prezident Mixeil Saakaşvilinin Tbilisidə gizləndiyi mənzilin qapılarını açar vasitəsilə açıblar. Bu fakt Gürcüstanın hüquq-mühafizə orqanlarının yüksək səviyyəli işindən xəbər verir".
Azvision.az - ın məlumatına görə, bunu Gürcüstanın Baş nazir İrakli Qaribaşvili Saakaşvilinin ölkə sərhədini qanunsuz keçməsinin hüquq-mühafizə sisteminin zəifliyini göstərməsinə dair sualı cavablandıran zaman deyib.

"Hüquq -mühafizə orqanları əməkdaşlarının Saakaşvilinin gizləndiyi mənzilin qapılarını açarla açması, məncə çox şey deyir. Hər kəsin təsəvvür edə biləcəyindən daha çox şey bilirdik və bilirik. Sonda dinc nəticə əldə etmək üçün nə lazımdırsa, etdik. Saakaşvilinin mənzildə tək olduğu vaxtı seçdik", - Qaribaşvili söyləyib.

O, prosesin bütün beynəlxalq ictimaiyyət üçün şəffaf və açıq olduğunu, bir sualın belə cavabsız qalmayacağını deyib.

Xatırladaq ki, sabiq prezident Saakaşvili Tbilisidə dünən saxlanılıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gürcüstan   Başnazir  





Xəbər lenti