İrəvandan Tehrana jest: Ölkənin hava məkanı İran ordusunun ixtiyarına verildi

     İrəvandan Tehrana jest:    Ölkənin hava məkanı İran ordusunun ixtiyarına verildi
  02 Oktyabr 2021    Oxunub:2290
Rusiya mediasında Ermənistanın İrandan Azərbaycana qarşı istifadə etməsi barədə məqalə dərc edilib. Azvision.azxəbər verir ki, hərbi saytların yaydığı məlumatda iddia olunur ki, İrəvan öz hava məkanını İran ordusunun ixtiyarına verib.
- Rusiyalı jurnalistlər son günlər İran və Azərbaycan arasında davam edən soyuq münasibətlər, yeni konflikt haqqında araşdırmalarını davam etdirirlər. Bu barədə detallar, yeni münaqişənin mövcudluğu yalnız məhdud çevrəyə məlumdur. Tərəflərin heç birindən proseslərlə bağlı rəsmi təsdiq və ya açıqlama olmadan oxuculara bildirilir ki, Ermənistan hökuməti İran hərbçilərinə Azərbaycan ərazisindəki əməliyyat vəziyyətini izləmək üçün hava məkanından müvəqqəti istifadə etməyə icazə verib.

Belə düşünülür ki, İranın gizli nüvə obyektinə zərbə Azərbaycanın hava məkanından endirilə bilər. Rusiyalı hərbi yazarların iddiasına görə, Ermənistanın öz hava məkanından yalnız pilotsuz uçuş aparatları üçün istifadə etməyə razılıq verib.

Qeyd edək ki, oktyabrın 1-dən İran ölkənin şimalında, Azərbaycanla sərhədə yaxın ərazilərdə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Azərbaycan İranla sərhəddə yerləşən və Ermənistanın işğalı altında olan bölgələrini azad etməyənə qədər Tehran bu bölgədə belə hərbi təlimlər keçirməmişdi.

Tural Tağıyev
Azvision.az



Teqlər: İran   Azərbaycan   Ermənistan  





Xəbər lenti