Baş nazir Saakaşvili ilə bağlı Ukraynaya təşəkkür etdi

   Baş nazir Saakaşvili ilə bağlı Ukraynaya təşəkkür etdi
  02 Oktyabr 2021    Oxunub:794
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sabiq prezident Mixeil Saakaşvilinin işi üzrə əməkdaşlığa görə Ukraynaya təşəkkürünü bildirib.
Azvision.az “Sputnuk Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə hökumət rəhbəri jurnalistlərə bildirib.

"Açıq şəkildə demək istəyirəm ki, Ukrayna tərəfinə minnətdaram. Son dövrdə çox məhsuldar əməkdaşlıq qurmuşuq və inkişaf etdiririk. Meqis Kardavanın (Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin keçmiş rəisi) ekstradisiyasını xatırladıram, indi isə Saakaşvilinin işi. Bu, səmərəli əməkdaşlığımızdan xəbər verir ", - Qaribaşvili söyləyib.

Mixeil Saakaşvili cümə axşamı Tbilisinin rayonlarından birində saxlanılıb. O, sərhədi qanunsuz keçərək Ukraynadan Gürcüstana gəlib. Eks-prezident bir sıra cinayət işlərində ittiham olunur, onlardan ikisi üzrə artıq qiyabi hökm çıxarılıb, qalan işlər məhkəmə prosesindədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gürcüstan   Baş-nazir   Mixeil-Saakaşvili  





Xəbər lenti