"Saakaşvliyə lazımi dəstək göstəriləcək" - Ukrayna XİN

   "Saakaşvliyə lazımi dəstək göstəriləcək" -    Ukrayna XİN
  02 Oktyabr 2021    Oxunub:806
"Gürcüstanda saxlanılan Mixeil Saakaşvili Ukrayna vətəndaşıdır və buna görə də Kiyevdən lazım olan bütün dəstəyi alacaq".
Azvision.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

"O, bizim vətəndaşımızdır, lazım olan dəstəyi verəcəyik. Düşünürəm ki, bu gün Gürcüstan səfirliyinin nümayəndəsi bizim çağırışımızla Xarici İşlər Nazirliyinə gələcək və məsələ onunla müzakirə ediləcək. Biz, dara düşən hər bir vətəndaşımızı müdafiə edirik”, - Kuleba söyləyib.

Saakaşvili cümə axşamı Tbilisidə saxlanılıb. O, sərhədi qanunsuz keçərək Ukraynadan Gürcüstana gəlib. Eks-prezident bir sıra cinayət işlərində ittiham olunur, onlardan ikisi üzrə artıq qiyabi hökm çıxarılıb, qalan işlər məhkəmə prosesindədir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ukrayna-XİN  





Xəbər lenti