Təhlükəsizlik qüvvələri Saakaşvilinin gəlişindən xəbərdar idi - DTX rəisi

  02 Oktyabr 2021    Oxunub :350
Təhlükəsizlik qüvvələri Saakaşvilinin gəlişindən xəbərdar idi -    DTX rəisi
"Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti keçmiş prezident Mixeil Saakaşvilinin vətənə qayıtmasından xəbərdar idi. Ajiotaj və itkilərdən qaçmaq üçün lazımi tədbirlər görülmüşdü".
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqol Liluaşvili deyib.

"Bura gəldiyi andan etibarən məlumatımız var idi. Belə bir əməliyyatın həyata keçirilməsi insan itkisindən, qarışıqlıqdan, ajiotajdan qaçmağa kömək etdi. Son nəticədə hər şey dinc şəraitdə başa çatdı", - dövlət rəsmisi bildirib.

Xatırladaq ki, Saakaşvili cümə axşam Tbilisinin rayonlarından birində saxlanılıb. O, yerli idaetmə seçkiləri ərəfəsində sərhədi qanunsuz keçərək Ukraynadan Gürcüstana gəlib. Eks-prezident bir sıra cinayət işlərində ittiham olunur, onlardan ikisi üzrə artıq qiyabi hökm çıxarılıb, qalan işlər məhkəmə prosesindədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Gürcüstan  







Xəbər lenti