Ağstafada evdən 30 min manatlıq qızıl oğurlanıb

  02 Oktyabr 2021    Oxunub :247
Ağstafada evdən 30 min manatlıq qızıl oğurlanıb
Ağstafa rayonunda oğurluq hadisəsi olub.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağstafa Rayon Polis Şöbəsi və Tovuz Rayon Mühafizə Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Poylu qəsəbəsindəki evlərin birindən 30 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini E.Aslanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər:







Xəbər lenti