Ermənistanda baş qərargah rəisi müavininə qarşı cinayət işi qaldırıldı

  02 Oktyabr 2021    Oxunub :374
 Ermənistanda baş qərargah rəisi müavininə qarşı cinayət işi qaldırıldı
Ermənistanda daha bir yüksək rütbəli hərbi məmura qarşı cinayət işi qaldırılıb.
Azvision.az xəbər verir ki, son günlər hərbi cinayətləri araşdıran istintaqçılar Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qaltsyanın tutulması üçün vəsatət qaldırıb.

Bu gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Qalstyanın döyüş sursatı tədarükündə sui -istifadə ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edildiyini təsdiqləyib.

Tonoyan "ağzını tikdi": İstintaqçılar çıxılmaz vəziyyətə düşüb
Xatırladaq ki, dünən erməni mediası Baş qərargah rəisi müavinin evində axtarış aparılması və Qaltsyanın istintaqa cəlb edilməsi haqqında xəbər yaymışdı.

Onun keyfiyyətsiz silah-sursat tədarükü ilə bağlı iş üzrə dindirildiyi deyilirdi. Sentyabrın 30-da isə Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş müdafiə naziri David Tonoyanı külli miqdarda mənimsəmə şübhəsi ilə həbs edib. Ardınca "Patron Davo" kimi tanınan iş adamı David Qalstyan saxlanıldı.

Tonoyan və Qalstyan 2,3 milyard dram (təxminən 4,7 milyon dollar) mənimsəməkdə, ictimai təhlükəli hərəkətlərdə, saxtakarlıqda şübhəli bilinirlər. İş adamı həm də Müdafiə Nazirliyinə köhnə və yararsız mərmilər tədarük etməkdə günahlandırılır.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Ermənistan   Həbs  







Xəbər lenti