Filippin prezidenti siyasətdən gedir

Filippin prezidenti siyasətdən gedir
  02 Oktyabr 2021    Oxunub:634
Filippin prezidenti Rodriqo Duterte siyasətdən gedəcəyini açıqlayıb.
Azvision.az “TASS”a istnadən xəbər verir ki, o, 2022-ci il seçkilərində ölkənin vitse -prezidentliyinə namizədliyini irəli sürməyəcəyini söyləyib.

"Filippinlilərin əksəriyyəti uyğun namizəd olmadığımı düşünürlər. Qanunun, Konstitusiyanın ruhuna zidd getmək onu pozmaqdır. İllər əvvəl xalq məni prezident seçdi, həmvətənlərimə deyirəm ki, onların iradəsinə zidd getməyəcəm, istəyinizi yerinə yetirəcəm. Bu gün siyasətdən gedəcəyimi elan edirəm", - Duterte bildirib.

Xatırladaq ki, Duterte bu ilin avqustunda vitse-prezident seçkilərinə qatılmaq niyyətində olduğunu bəyan rtmişdi. O, 2016-cı ildə hakimiyyətə gəlib. 1987-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasına görə, artıq prezidentliyə namizədliyini irəli sürə bilməz.

Filippinlilər 9 may 2022-ci il seçkilərində prezident və vitse-prezident, 300-dən çox qanunverici və yerli hökumət üzvlərini seçəcəklər.

Pərvanə Sultanova
Azvision.az





Teqlər: Filippin   Prezident  





Xəbər lenti