Azərbaycanda 684 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb

 Azərbaycanda 684 nəfər koronavirusa yoluxub,    16 nəfər ölüb
  02 Oktyabr 2021    Oxunub:947
Azərbaycanda bu gün koronavirus infeksiyasına 684 yeni yoluxma faktı qeydə alınıb, 2060 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 16 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 485 275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 462 798 nəfər müalicə olunaraq sağalıb, 6 559 nəfər vəfat edib, aktiv xəstə sayı 15 918 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 832, ötən müddət ərzində isə ümumilikdə 4 878 405 test aparılıb.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti