Gürcüstanda seçici fəallığı 33,18% olub - MSK

Gürcüstanda seçici fəallığı 33,18% olub  -  MSK
  02 Oktyabr 2021    Oxunub:654
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına bu gün keçirilən seçkilərdə seçki fəallığı 33,18 % təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani brifinqdə bildirib.

Onun sözlərinə görə, saat 15:00-a olan məlumata əsasən, ölkə üzrə səsvermə prosesində 1 160 413 seçici iştirak edib.

Gürcüstan vətəndaşları bu gün şəhər merləri, yerli məşvərət orqanlara nümayəndələr seçir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti