Bakıda bir ailənin üzvləri intihara cəhd edib

  02 Oktyabr 2021    Oxunub :264
Bakıda bir ailənin üzvləri intihara cəhd edib
Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində intihara cəhd olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Azvision.az -a bildirib ki, polis əməkdaşlarının operativ müdaxiləsi və ailə ilə aparılan izahedici söhbətlər nəticəsində onları fikirlərindən daşındırmaq mümkün olub və hadisə insidentsiz ötüşüb.

Məlumata görə, intihara cəhd edənlər bir ailənin üzvüdür və onlar yaşadıqları binanın sökülməsinə etiraz olaraq binanın damına çıxaraq intihara cəhd ediblər.

Azvision.az

Teqlər: İntihar  







Xəbər lenti