Hazırkı hakimiyyət ölkəmizi beynəlxalq və regional maraqların toqquşduğu sikkəyə çevirərək Ermənistan vətəndaşlarına "hədiyyə" etdi.
Sarkisyanın yersiz "əgər"i: Ermənilər eks-prezidenti təcrübəsizlikdə qınadı |
Mediaya verdiyui açıqlamada İrəvanla Hələb arasında paralellər aparan deputat deyib ki, Ermənistanda həm dost, həm də arzuolunmaz ölkənin qoşunları var. O, Azərbaycanın Gorus-Kafan yolunun 21 kilometrlik hissəsinə nəzarət etməsini özləri üçün faciə sayıb.
- Suriya Prezidenti Əsədlə Paşinyan arasındakı fərq ondadır ki, birincisi strateji müttəfiqləri ilə düzgün davrandı, rəhbərlik etdiyi ordunun başsız qalmadı, vuruşdular və müəyyən nəticələr göstərdilər. Bizim vəziyyətimizdə isə mənzərə çox kədərlidir. Ordunun başına zərbəni arxadan vurdular və o məğlubiyyətə göndərildi.
Əgər Nikol Paşinyan düşünürsə ki, məğlubiyyətdən sonra digər güclər ona "sülh dövrü" yaşadacaqlar- Rusiya sərhədləri bizim üçün saxlayacaq, İran Sünik üçün mübarizə aparacaq, o isə daxildə siyasi təqiblə məşğul olacaq, o zaman yanılır. Ona inanıb səs verənlər də yanılırlar. Bölgəmizdə siyasi və hərbi partlayışlar qeydə alınır. Erməni xalqı bu hakimiyyət altında yeni bir müharibəyə hazırdırmı?
Tural Tağıyev
Azvision.az