Əfqanıstanda 2 aya 100-dən çox müəssisə bağlanıb

Əfqanıstanda    2 aya 100-dən çox müəssisə    bağlanıb
  02 Oktyabr 2021    Oxunub:758
Son iki ayda Əfqanıstanın şimal -qərbindəki Herat əyalətində 100 -dən çox müəssisə fəaliyyətini dayandırıb.
Azvision.az xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb. Rəsmilər, Heratdakı fabriklərin sayının azalmasının xammal və ölkənin üzləşdiyi iqtisadi çətinliklər səbəbindən baş verdiyini bildirirlər. Eyni zamanda əyalətdəki dövlət aparatının nümayəndələri telekanala bildiriblər ki, artıq yerli istehsal məhsulları üçün daha əlverişli bazar şəraiti yaratmaq üçün idxal olunan mallara rüsumları artırıblar.

Ekspertlərin fikrincə, müəssisə sahiblərinin, investorların qarşılaşdıqları problemlər təcili həll edilməzsə, iqtisadi böhran gələcək.

Tural Tağıyev
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti