Stepan Qalstyan həbs edilib

   Stepan Qalstyan həbs edilib
  02 Oktyabr 2021    Oxunub:1853
Bu gün saxlanılaraq sorğu-sual edilən Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyan həbs edilib. Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Qalstyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti Qalstyanın geniş miqyasda sui-istifadə və mənimsəmə iddiası ilə tutulduğunu bildirmişdi. Eyni ittihamlarla Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və silah təchizatı şirkətinin rəhbəri, iş adamı David Galstyan da həbsdədir.

Ermənistanda baş qərargah rəisi müavininə qarşı cinayət işi qaldırıldı
Xatırladaq ki, dünən erməni mediası Baş qərargah rəisi müavinin evində axtarış aparılması və Qalstyanın istintaqa cəlb edilməsi haqqında xəbər yaymışdı.

Onun keyfiyyətsiz silah-sursat tədarükü ilə bağlı iş üzrə dindirildiyi deyilirdi. Sentyabrın 30-da isə Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş müdafiə naziri David Tonoyanı külli miqdarda mənimsəmə şübhəsi ilə həbs edib. Ardınca "Patron Davo" kimi tanınan iş adamı David Qalstyan saxlanıldı.

Tonoyan və Qalstyan 2,3 milyard dram (təxminən 4,7 milyon dollar) mənimsəməkdə, ictimai təhlükəli hərəkətlərdə, saxtakarlıqda şübhəli bilinirlər. İş adamı həm də Müdafiə Nazirliyinə köhnə və yararsız mərmilər tədarük etməkdə günahlandırılır.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Ermənistan   Həbs  





Xəbər lenti