Erməni səfir daşnak gənclərini qovub

   Erməni səfir    daşnak gənclərini    qovub
  02 Oktyabr 2021    Oxunub:1619
ABŞ-da etiraz aksiyası keçirən Daşnaksütyun fəalları gözlənilməz münasibətlə qarşılaşıblar. Vaşinqtonda Ermənistan səfirliyi qarşısına toplaşan radikallar ölkə rəhbərliyi əleyhinə şüarlar səsləndiriblər.
Azvision.az xəbər verir ki, buna cavab olaraq Ermənistanın ABŞ -dakı səfiri Lilit Makunts daşnak fəallarının etiraz nümayişini dağıtmağı tələb edib. İnsidentlə bağlı yerli media yazıb:

"Səfirlik Ermənistanın müstəqilliyinin 30 -cu ildönümü münasibətilə təntənəli qəbul təşkil edib. Bununla paralel olaraq gənc Daşnaksütyun fəalları diplomatik nümayəndəliyin binası yaxınlığında mitinq təşkil ediblər. Nümayiş dinc şəraitdə keçirilib və etirazçılar özləri ilə birlikdə "Məhkumlarımızın geri qayıtmasını prioritet halına gətirin", "Ermənistan təcrübəli məmurlara layiqdir" (Bu, Lilit Makuntsun diplomatik təcrübəsinin olmaması deməkdir-red.) yazılmış plakatlar gətiriblər. Səfirlik əməkdaşları daşnaklara yaxınlaşaraq onlardan aksiyanı dayandırmağı tələb ediblər. Bundan sonra Ermənistan səfirliyi səfirin tələbi ilə polisdən nümayişin dağıdılmasını istəyib".

Qeyd edək ki, ABŞ-da İkinci Qarabağ Müharibəsindən sonra ölkə rəhbərliyi əleyhinə olan aksiyaların sayı çoxalıb. Təşkilatçılar isə əsasən daşnaksütyünçular olurlar.

Tural Tağıyev
Azvision.az



Teqlər: ABŞ   Səfir   Daşnak  





Xəbər lenti