Türkiyədə avtobus aşdı- İki nəfər ölüb

Türkiyədə avtobus aşdı-    İki nəfər ölüb
  03 Oktyabr 2021    Oxunub:937
Türkiyənin Bartın şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Azvision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, qəzaya səbəb avtobus sürücüsünün idarəetməni itirməsi olub.
Avtobusun aşması nəticəsində şəhərin bələdiyyə sədrinin köməkçisi də Ahmet Komeç daxil olmaqla 2 nəfər ölüb. Avtobusdakı 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralanan 4 nəfərin vəziyyəti ağırdır.

Bələdiyyə sədri Cemal Akın qəza zaman avtobusda olmasına baxmayaraq, o ciddi xəsarət almayıb.



Azvision.az



Teqlər:





Xəbər lenti