Bağdad Amreyev: "Azərbaycanın zəfəri qürur qaynağımızdır"

      Bağdad Amreyev:    "Azərbaycanın zəfəri qürur qaynağımızdır"
  03 Oktyabr 2021    Oxunub:716
Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümüdür.


Azvision.az xəbər verir ki, bu münasibətlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev bəyanat yayaraq, türk dünyasını təbrik edib.
O bildirib ki, bütün çətinliklərə rəğmən, 2020-2021-ci il türk dünyası üçün müzəffər il olub:

“Bu müddətdə başda Azərbaycan torpaqlarının işğaldan azad olunması, suverenliyinin və ərazi bütövlüyünün yenidən təmin olunması olmaqla, çox vacib uğurlar sayəsində əməkdaşlığımız güclənib.

44 gün davam edən Vətən Müharibəsi müddətində Türk Şurası, bütün üzv dövlətlər adından Azərbaycanın haqq savaşını ən güclü şəkildə dəstəkləmişik. Əldə edilən zəfər bütün dövlətlərimiz üçün bir qürur qaynağı olub”.

Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti