Türkiyədə zəlzələ olub

Türkiyədə zəlzələ olub
  03 Oktyabr 2021    Oxunub:551
Türkiyənin Burdur vilayətinin Bucak rayonunda 4,2 bal gücündə yeraltı təkan qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 10:15-də baş verib. Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur. Ətraf bölgələrdə də hiss edilən yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub. Kandilli Rəsədxanası zəlzələnin gücünü 4,3 bal olaraq hesablayıb.

Azvision.az


Teqlər: Türkiyə   Zəlzələ  





Xəbər lenti