"Gürcü arzusu" yerli seçkilərdə liderlik edir

   "Gürcü arzusu" yerli seçkilərdə liderlik edir
  03 Oktyabr 2021    Oxunub:1029
Hakim "Gürcü arzusu" partiyası özünü idarəetmə orqanlarına keçirilən seçkilərdə 46,5% səs qazanıb. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin qeyri-rəsmi lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyası 30,7 % səs toplayıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, səslərin 99,92% -i hesablanıb.

"3743 seçki məntəqəsindən 3740 -nın səsləri sayılıb."Gürcü arzusu" 46,5%," Vahid Milli Hərəkat" 30,7%, Giorgi Qaxariyanın "Gürcüstan naminə" partiyası 7,79% səs toplayıb",- deyə MSK-dan bildiriblər.

Qeyd edək ki, dünən Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. MSK-nın məlumatına görə, seçkilərdə 1 815 776 nəfər iştirak edib, bu, seçicilərin 51,92 %-ni təşkil edir.

Azvision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti