Bakıda avtomobil maneəyə çırpılıb, ölən var

  03 Oktyabr 2021    Oxunub :204
Bakıda avtomobil maneəyə çırpılıb,    ölən var
Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Bu barədə Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Xətai rayonu ərazisində “Lada” markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1952-ci il təvəllüdlü İmanov Xanoğlan Sadıqxan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: Qəza  







Xəbər lenti