“Azərbaycan prezidentilə görüşməyə hazıram” – Paşinyan

  03 Oktyabr 2021    Oxunub :1078
   “Azərbaycan prezidentilə görüşməyə hazıram” –    Paşinyan
“Azərbaycan prezidenti görüşməyə hazır olduğunu deyir. Bəyan edirəm ki, mən də görüşməyə hazıram”. Azvision.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Vilnüsdə erməni icmasının nümayəndələrilə görüşündə deyib.
- Azərbaycan prezidenti onlara verdiyimiz mina xəritələrinin keyfiyyətinin pis olmasından gileylənir. Biz malik olduğumuz xəritələri vermişik. Yəni əlimizdə olan xəritələrin keyfiyyəti odur. Mən xəritələrin hamısı verməyə hazıram, bir şərtlə ki, Azərbaycan da bütün hərbi əsirləri qaytarsın,- Paşinyan deyib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə ölkəmizdə heç bir erməni əsirin olmadığını bildirib. Erməni tərəfin “hərbi əsir” kimi qələməyə verməyə çalışdığı şəxslər 10 noyabr Bəyanatı imzalanandan sonra tutulan təxribatçılardırlar.

Samir Quliyev
Azvision.az

Teqlər: Paşinyan   Ermənistan  







Xəbər lenti