Rəcəbov Məmmədyarova qalib gəldi - Çempionlar Turu

Rəcəbov Məmmədyarova qalib gəldi -    Çempionlar Turu
  04 Oktyabr 2021    Oxunub:866
Oktyabrın 3-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin 8-ci turunun oyunları keçirilib.
Azvision.az xəbər verir ki, 8-ci turda qrossmeysterlərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gəliblər. T.Rəcəbov Ş.Məmmədyarova 2,5:1,5 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Azvision.az


Teqlər:





Xəbər lenti