Fransada pedofillik biabırçılığı: 10 mindən çox uşaq keşişlərin qurbanı olub

      Fransada pedofillik biabırçılığı:   10 mindən çox uşaq keşişlərin qurbanı olub
  04 Oktyabr 2021    Oxunub:874
Fransada on mindən çox uşaq pedofil keşişlərin qurbanı olub. Azvision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, bu istiqamətdə yaradılmış xüsusi komissiyanın araşdırması üç ildən çox davam edib.

- Ümumilikdə 2900 -dən 3200 -ə qədər keşiş bu qalmaqallı araşdırmaya cəlb oluna bilər. Belə bir qiymətləndirmədə rəqəmlər hələlik minimal göstərilir. Keşişlərin ilk qurbanları 1950 -ci illərə təsadüf edir.

Xatırladaq ki, bundan öncə ABŞ -ın Nyu -York ştatında cinsi təcavüz iddialarını nəzərdən keçirmək üçün olan iki illik məhdudiyyət müddətini ləğv etmişdi. Vətəndaşlar pedofilikdə və uşaq istismarına görə şübhəli bildikləri kilsələri, xəstəxanaları, məktəb və düşərgələri, digər qurumları məhkəməyə verə bilərdilər. Bu müddət ərzində məhkəmələrə doqquz mindən çox şikayət daxil olub. Ştat sakinləri din xadimləri və müəllimləri daha çox araşdırma üçün şikayət etdilər. Nəticədə dörd Roma Katolik yeparxiyası günahkar çıxdı.

Tural Tağıyev
Azvision.az



Teqlər: Fransa   Keşiş  





Xəbər lenti