İran helikopteri təlimlərdə 3 əsgəri öldürüb: Detallar

   İran helikopteri təlimlərdə 3 əsgəri öldürüb:   Detallar
  04 Oktyabr 2021    Oxunub:1245
Dünən sosial şəbəkələrdə İran hərbçilərinin Azərbaycanla sərhəddə hərbi təlimlər keçirən zaman təsadüfən öz texnikalarını vurmaları barədə məlumat yayıldı. Azvision.az xəbər verir ki, bu gün Rusiya hərbi saytı belə bir insidentin yaşanması barədə məlumata malik olduqlarını yazıb.
Məqalə müəllifi iddia edir ki, İran tərəfinin hadisəni gizlətməsinə baxmayaraq, təsadüfi atış nəticəsində hərbçilər arasında itkilər də olub.

- İranla Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır. İran "Xeybər fatehləri" adlı təlimlər çərçivəsində sərhədə hərbi texnika və şəxsi heyəti toplamaqda davam edir. Azərbaycan-İran sərhədində yeni bir hərbi münaqişə başlaya bilər. Əslində İran Türkiyənin bölgədəki mövqeyinin güclənməsini qəbul edə bilmir.

Oktyabrın 1-də Tehran Naxçıvan Muxtar Respublikası ilə sərhəd yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başladı. İran quru qoşunlarının komandanı, briqada generalı Kiyumərs Heydərinin sözlərinə görə, təlimlərdə zirehli maşınlar, artileriya, aviasiya, həmçinin REP bölmələri iştirak edib.

Məlumata görə, təlimə 16 -cı tank diviziyası, 21 və 64-cü piyada diviziyası, 31 -ci "Aşura" BQXK Diviziyası və 65 -ci Hava -Dəniz Xüsusi Qüvvələri qatılıb. Həmçinin Su-24, F-14, F-4E qırıcıları, İl-76, C-130 nəqliyyat təyyarələri, AH-1, "Cobra" və CH-47 helikopterləri də sərhədə yaxınlaşıb.

Məqalə müəllifi iddia edir ki, sərhəddə keçirilən bu genişmiqyaslı təlimlərdə baş verəcək yanlışlıqlar hər an hərbi qarşıdurmaya çevirə bilər.

- Yeri gəlmişkən, artıq təlim zamanı bir insident qeydə alınıb. İranın AH-1 "Super Cobra" helikopteri təsadüfən öz mövqelərinə atəş açıb. Nəticədə 3 əsgər ölüb. Mənbəmizin verdiyi məlumata görə əvvəlcə bu hadisə Azərbaycan tərəfinin üzərinə atılsa da, sonradan təsdiqini tapmayıb, İran məsələnin üstündən sükutla keçib.

Tural Tağıyev
Azvision.az



Teqlər: İran   Təlim  





Xəbər lenti