Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan yolunun təməli qoyulub

   Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan yolunun təməli qoyulub
  04 Oktyabr 2021    Oxunub:1104
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub.
Azvision.az xəbər verir ki, Tərtərin Talış kəndindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin etməklə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.

Bu yolun istifadəyə verilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq. Yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.







Azvision.az


Teqlər: Avtomobil-yolu  





Xəbər lenti